ABŞ-ın Maliyyə Nazirliyi İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhrominin adını sanksiyalar siyahısına salıb.
TİA.AZ xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yer alıb. Məlumatda qeyd olunur ki, İranda internetə çıxışı məhz bu adam məhdudlaşdırır.
Bildirilib ki, noyabrın 16-da İranda baş verən kütləvi aksiyalar zamanı əhalinin internetə çıxışı tamamilə kəsilib. Bunun da günahkarı Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhromidir.









