Tribuna.az xəbər verir ki, Belçikanın Baarle-Hertog kəndində qeyri-adi ev yerləşir. Loveren 2 ünvanındakı evin ön qapısından Belçika ilə Niderland arasındakı dövlət sərhədi keçir.
Bu səbəbdən evin bir hissəsi Niderlandda, digər hissəsi isə Belçikada yerləşir. Qapının bir tərəfində Belçika, digər tərəfində isə Niderland bayrağı asılıb.
Baarle-Hertog və Baarle-Nassau qəsəbələrində Niderland ərazisində 22 Belçika anklavı, həmin anklavların daxilində isə 7 Niderland anklavı yerləşir.
Bu qeyri-adi coğrafi quruluş nəticəsində ərazidə iki bələdiyyə, iki poçt xidməti, iki yanğınsöndürmə xidməti və iki hüquq sistemi mövcuddur.
İmran Kərimli















