“Liverpul” 152 milyon avroluq transferə hazırlaşır

“Liverpul” 152 milyon avroluq transferə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul” klubu gələn yay heyətini gücləndirmək üçün böyükmiqyaslı transferə hazırlaşır.

Tribuna.az xəbər verir ki, İngiltərə təmsilçisi “Bornmut” komandasının gənc hücumçusu Rayanı transfer etmək üçün klub rekordunu yeniləməyi nəzərdən keçirir.

​Braziliyalı futbolçunun xidmətində ciddi maraq olduğu bildirilir. 20 yaşlı oyunçunun müqaviləsində 2027-ci ildə qüvvəyə minəcək nəhəng — 130 milyon funt-sterlinq (152 milyon avro) məbləğində sərbəstqalma bəndinin olduğu qeyd olunur. “Liverpul” rəhbərliyinin bu bəndi aktivləşdirərək transferi reallaşdırmağa hazırlaşdığı vurğulanır./Offsideplus.az/