İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyevanın həyat yoldaşı, Cənubi Afrikalı sprinter Thembo John Monareng sürəti ilə diqqət çəkib.
Tribuna.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Monarengin futbol meydançasında yüksək sürətlə qaçdığı görünür.
Paylaşımda onun sürətinin saatda 38 kilometrə çatdığı iddia edilir.
Monareng əslində futbolçu deyil, peşəkar sprinterdir.
World Athletics-in məlumatına görə, onun 100 metr məsafəsində şəxsi rekordu 10,18 saniyədir. O, 2026-cı ildə Bakıda keçirilən atletika yarışlarında da iştirak edib və 100 metr məsafəsində 10,51 saniyə nəticə ilə qalib gəlib.
Beləliklə, Lamiyə Vəliyevanın həyat yoldaşının sürətinin təsadüfi olmadığı, peşəkar sprinter kimi yüksək səviyyəli atletika təcrübəsinə malik olduğu görünür.
Gülşən Rəsul
















