ABŞ Konqresi siqaret alışının minimum yaşını 21 yaşa çatdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni tədbir hər iki palata tərəfindən qəbul olunan büdcə layihəsində əksini tapıb.
Layihənin ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul ediləcəyi gözlənilir. Bununla da tütün məmulatları ilə spirtli içki satışı ilə bağlı yaş həddi eyniləşdirilir və 21 yaşından az olanlara bu məhsulların satışı qadağan edilir.
Bu normalar hazırda ABŞ-da 19 ştatada tətbiq edilir.
ABŞ prezidenti də layihəni dəstəkləyir. Belə bir qərarın qəbuluna məktəblərdə vaping epidemiyası və elektron siqaret istifadəsi nəticəsində baş verən onlarla ölüm səbəb olub.









