100 nəfəri adada unudub getdilər: 7 il sonra onları xatırladılar…

100 nəfəri adada unudub getdilər: 7 il sonra onları xatırladılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüz ildən çox əvvəl okeanın ortasındakı kiçik bir ərazidə 100 nəfər unuduldu. Adanın sakinləri yalnız yeddi il sonra xatırlandı. Onların vəziyyətini öyrənmək və kolonistlərin necə yaşadığını müəyyənləşdirmək üçün adaya gəmi göndərildi.

Kəşf edilən ada

Tribuna.az  xarici mətbuata istinadən xəbər verir ki, bu ada təxminən 300 il əvvəl kəşf edilmişdi. Kiçik quru sahəsi Klipperton adlandırıldı və sonradan Meksikanın ərazisinə daxil edildi.

XIX əsrin əvvəllərində adada mayak inşa edildi. Buraya qiymətli faydalı qazıntıların çıxarılması ilə məşğul olan insanlar yerləşdirildi. Həmçinin ada üçün komandir və mayak gözətçisi təyin edildi. Həmin dövrdə adada yaşayan insanların ümumi sayı təxminən 100 nəfər idi.

Ada kənd təsərrüfatı üçün əlverişli deyildi. Balıqçılıq da o qədər asan deyildi, çünki sahilə yaxın sularda iri köpəkbalıqları üzürdü.

Adada olan ərzaq ehtiyatları sakinlərə maksimum bir mövsüm çatacaq qədər idi. Daha sonra adanı güclü bir fırtına vurdu və bütün əkin sahələrini məhv etdi.

Sakinlərdən bəziləri özlərinin hazırladığı sal vasitəsilə adadan çıxmağa çalışdı. Onların quruda sahilə çıxa bilib-bilmədiyi isə məlum olmadı. Digərləri isə adada qalaraq yaşamağa davam etdilər.

İmran Kərimli