10 nəfərin görə bilməyəcəyi işi görən 70 yaşlı qadın

10 nəfərin görə bilməyəcəyi işi görən 70 yaşlı qadın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hakkari şəhərinin Suütlü kənd sakini olan 70 yaşlı qadın on nəfərlik işi tək başına görür.

Bizimyol.info xəbər verir ki, Safiye Ereli artiq 20 ildir ki dəyirman saxlayır, gücü və aktivliyi ilə gənclərdən heç də geri qalmır. Səkkiz uşaq və on nəvəyə sahib olan yaşlı qadının həyat yoldaşı vəfat etdikdən sonra o, dəyirman açaraq öz işini qurub. İyirmi il ərzində hər səhər namaz qıldıqdan sonra evindən yüz metr aralıqda olan dəyirmana gedən qadın hər gün on nəfərin etməkdə çətinlik çəkəcəyi işi tək başına görüb. Bu müddət ərzində bulqur və buğdanı özü üyüdən qadın İraq, İstanbul, Ankara, Diyarbakır və yaxınlıqda yerləşən kəndlərdən sifarişlər qəbul edərək ailəsini keçindirib.“70 yaşıma rəğmən, işimdən zövq alıram” deyən yaşlı qadın həmçinin inək saxlayır, onlara qulluq edərək qış üçün pendir və süd əldə edir.

“Bir qadın olaraq evimi çox gözəl keçindirirəm”. -deyə, o bildirib.