“Yəqin, bu dediklərini yuxuda görüb” – DİN-dən Zirəddinə CAVAB

“Yəqin, bu dediklərini yuxuda görüb” – DİN-dən Zirəddinə CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev “İri Plan” “Youtube” kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia edib.
TİA.AZ  sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, cinayətkarı tapmaq üçün polis Zirəddindən niyə kömək istəməlidir ki?!
“Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb”.