Yeni icra başçısı bu universiteti bitiribmiş

Yeni icra başçısı bu universiteti bitiribmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəyə icra başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayevin bioqrafiyası maraq doğurur.

Tribuna.az yazır ki, o, 01.01.1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Fərda Uğur