Yasamalda təhlükəli vəziyyət – Foto

Yasamalda təhlükəli vəziyyət – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonunda yöndəmsiz aparılan tinintilər narazılıq yaratmaqda davam edir.

Tribuna.az xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə yazıblar. Sakinlər bildirib ki, kim tərəfinsən aparıldığı məlum olmayan tininti çətinlik yaradır:

“Bura Yasamaldakı” Melissa Park” Yaşayış Kompleksinə gedən dar yoldur. Normal günlərdə səki ilə hərəkət edirdi piyadalar, maşınlar da ehtiyatla yan-yana keçirdi. İndi bir neçə aydır ki, sağ tərəfdə kim tərəfindən tikildiyi bilinməyən bu tikili heç bir təhlükəsizlik qaydasına əməl etmir. Bu da azmış kimi yolu da qazıblar və torpağ da yola töküblər”.

Sakinlər bildirib ki, heç bir təhlükəsizlik qaydasına əməl edilmir:

“Tez-tez yuxarıdan daş, zibil tökülür yola. Maşınlar keçə bilmir, piyada olaraq başımıza daş, ya da nəsə düşər qorxusuyla hərəkət edirik”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul