İranın Kərəc şəhərində iki gün davam edən qırğınlardan sonra şəhərin xəstəxanaları və hökumət mərkəzləri silahlı qüvvələr tərəfindən mühasirəyə alınıb.
Tribuna.az xəbər verir ki, bu barədə Kərəcdən olan jurnalist məlumat yayıb.
O bildirib ki, rejim əməkdaşları xəstəxanalara daxil olaraq yüngül yaralıları özləri ilə aparıblar. Ağır yaralıların isə elə xəəstəxnadaca güllələyərək, öldürüblər.
Jurnalist şahid ifadələrinə əsasən bildirib ki, şəhərin Qohardəş meydanında vəziyyət daha dəhşətli olub. Onuin sözlərinə görə, SEPAH-ın Qüds Qrupunun hərbçiləri bir biriləri ilə ərəb dilində danışaraq, əhaliyə divan tutublar. “Etirazçıları yük maşınlarına doldurub, özləri ilə aparırdılar. Hətta yaralılar da ölülərdən ayrılmadı, hamısı bir-birinin üstünə atırdılar. Yaralanan hər kəs bu şəraitdə ölür”.
İranlı jurnalist bildirib ki, dünən dəfn prosesinə maneçiliklər törədilib. O qeyd edib ki, hətta bir çox qəbristanlıqlar rejim qüvvələri tərəfindən mühasirəyə alınıb.
Fərda Uğur









