“Xarı Bülbül”də meyit tapıldı

“Xarı Bülbül”də meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şadlıq sarayında meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən “Xarı Bülbül” şadlıq sarayında baş verib.

Oradan Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.