Xamineyinin səlahiyyətləri ötürülür- Bölgə qaynayır

Xamineyinin səlahiyyətləri ötürülür- Bölgə qaynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İran ətrafına böyük qüvvə toplamaqda davam edir.

Tribuna.az xəbər verir ki, indiyə qədər Fars körfəzi və ərəb hövzəsinə Pentaqon təkcə hərbi donanmasını deyil, həm də özünün aviasiyasının 40 faizini yerləşdirib.

Ötən gün ABŞ hərbi nazirinin müavini Stiv Feynberq bəyan edib ki, “İslam Respublikası mühasirədədir”. Lakin o, detalları açıqlamayıb. Hərçənd coğrafi cəhətdən bunun real olmadığı da müzakirə mövzusudur.

Bu əsnada, İrandakı rejim də bəzi addımlar atmağa başlayıb. Rəsmi dairələr müharibə sennariləri hazırlamaqla yanaşı, ölkənin dini lideri Əli Xamineyinin fiziki məhvindən sonrakı dönəm üçün planını təsdiqləyib. Məlumatlara görə, əgər Xameneyi öldürülərsə, səlahiyyətləri İranın Ali Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaniyə həvalə ediləcək.

Qeyd edək ki, ABŞ-ın mümkün hərbi planları barədə çeşidli məlumatlar var. Həmin məlumatlardan biri budur ki, Pentaqonun İrana qarşı hərbi əməliyyatları rejim rəsmilərini hədəfə almağı da əhatə edə bilər. Nəzərə alaq ki, bu hal 12 günlük müharibə zamanı da müşahidə olunmuşdu. Yəni, analoji halın gözlənilən hücum zamanı baş vermə ehtimalı böyükdür.

Bildirək ki, İran və ABŞ danışıqları da davam etdirmək fikirlərini açıqlayıblar. Üstəlik, tərəflərin bir birilərinə təkliflər verdiyi də qeyd edilir. Belə ki, ötən gün Tehranda yayınlanan “Khabarfori” saytı yazıb ki, İran ABŞ-a nüvə razılaşması ilə bağlı yeni təklif verib. Təklifə əsasən İran ölkədəki 300 kq yüksək zənginləşdirilmiş uran ehtiyatını ixrac etməyəcək. “Ancaq onun zənginlik səviyyəsini 60%-dən 20%-ə və ya daha aşağıya endirməyə hazırdır”.

ABŞ- ın təklifi isə növbəti 48 saat ərzində İrandan nüvə sazişi ilə bağlı ətraflı təklif almaqla bağlıdır. Qyed edilir ki, həmin müddətdə təqdimat olarsa, Vaşinqton cümə günü Cenevrədə İranla növbəti danışıqlar raundu keçirməyə hazırdır .

Fərda Uğur