Yasamal rayonunda fəaliyyət göstərən “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddia edilib.
Tribuna.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video iddia edilib ki, klinikada dünyasını dəyişən uşağı soyuducu adı ilə klinikanın zirzəmisinə qoyublar.
Yayılan video ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb və yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:
“Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.
Gülşən Rəsul









