Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin tenderi ləğv olunub.
Tribuna.az xəbər verir ki, qurum işçiləri üçün içməli su almaq istəyib.
Məlumatda qeyd edilir ki, Mərkəz 2000 ədəd hər biri 19 litr olan su almağı planlaşdırıb. Bunun üçün 7 min 813 manat vəsait də ayırıb. Lakin AİİBNDA nəticəni qanunun tələblərini pozduğuna görə, ləğv edib.
Qeyd edək ki, hal hazırda 19 litrlik içməli suyun evlərə çatdırılması ilə birlikdə prəakəndəsatış qiyməti 3 manat 50 qəpikdir. Sözügedən məhsulun topdansatış qiyməti isə standart olaraq, 2 manat 90 qəpiklə 3 manat arasında dəyişir.
Maraqlıdır ki, DTA-nın təklif etdiyi rəqəm isə hər qab su üçün 3 manat 90 qəpikdən bir qədər çox olub. Görəsən, ortadakı bir manatın aqibəti necə olacaqmış?
Fərda Uğur









