Türkiyənin təyyarəsində təxribat yoxsa… – İki gözlənti

Türkiyənin təyyarəsində təxribat yoxsa… – İki gözlənti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi paraddan qayıdan Türkiyə təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması bəzi suallar doğurur. İctimaiyyət ilk gündən bu hadisənin qəza olduğuna sübhə ilə yanaşır. Bunun da səbəbi məhz təyyarənin hərbi parada gəlməsidir. Bu gün Azərbaycan-Türkiyə-Pakistan qardaşlığına qısqanclıqla yanaşan qüvvələr var. Ona görə də cəmiyyət hadisənin təxribat olduğunu da ehtimal edir. Lakin bizim əlimizdə buna dair sübut yoxdur. İstintaq həqiqəti üzə çıxaracaq.


Bu sözləri Tribuna-ya hüquq müdafiəçisi Xəzər Teyyublu deyib.

Onun sözlərinə görə, Türkiyədən bununla bağlı hər hansı fərqli açıqlama verilməyib. Ona görə də biz qardaş ölkənim araşdırmalarının nəticələrini gözləməliyik:

“Azərbaycan zərurət olarsa işin açılmasında istintaqa kömək edə bilər. Amma Türkiyə dövlətinin buna ehtiyacı olduğunu düşünmürəm. İlk gündən bütün dövlət rəsmiləri Türkiyə tərəfdən olan həmkarları ilə əlaqə saxlayırlar. Bir daha qardaş ölkəyə baş sağlığı verir, şəhidlərə rəhmət diləyirik”.

Gülşən Rəsul