Türkiyədə həbs edilən fenomendən şok ifadə: İmamoğlunun sevgililəri, təyyarəsindəki eşq otağı…

Türkiyədə həbs edilən fenomendən şok ifadə: İmamoğlunun sevgililəri, təyyarəsindəki eşq otağı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bir neçə aydır başladılan narkotik əməliyyatı çərçivəsində saxlanılan sosial şəbəkə fenomeni Rabia Karacanın ifadəsi şok effekti yaradıb. R.Karacanın ifadəsində hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və sevgilisinin də adının hallanması müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, Karaca ifadəsində məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu ilə bağlı da şok ifadələr verib. Həmçinin o, Əkrəm İmamoğlunun adı açıqlanmayan voleybolçu qadınla sevgili olduğunu və o qadının ancaq İmamoğluna aid olduğunu, şəxsi təyyarəsinin bir otağını qadınlarla görüşmək üçün istifadə etdiyini bildirib.
R.Karacanın ifadəsini təqdim ediri:

“Voleybolçu D.Ç. Əkrəm İmamoğlunun sevgilisi idi. O, yalnız İmamoğluna aid idi. Bizim aramızda heç nə olmayıb. D.Ç. Muratla birlikdə olmayıb. Mən Muratın sevgilisi idim.
Cinsi məqsədlər üçün istifadə olunan otağı olan təyyarə Əkrəm İmamoğlunun şəxsi təyyarəsidir.
Gülibrahimoğlu Fatih Keleşə davamlı olaraq qadın göndərir, bunun qarşılığında isə İBB-nin Cebeci bölgəsindəki metal tökmə sahəsində yüksək məbləğdə pul qazanaraq qarşılıqlı anlaşma (paslaşma) əldə edirlər.
Murat Gülibrahimoğlu ilə eyni yaşayış kompleksində qalan Oktay Kaynarca ilə yaxın dost idilər. Narkotik və fahişəlik partilərində Oktay Kaynarcaya təəssüf ki, qadınlar “hədiyyə” edilirdi.
Murat Gülibrahimoğlunun Emel Müftüoğluna dəfələrlə qumar pulu verdiyinin şahidi olmuşam. İstanbul Riva bölgəsində gündüzləri restoran kimi fəaliyyət göstərən, axşamlar isə gizli şəkildə qumar oynanılan məkanda Emel Müftüoğlu masa qurdurur və qumar oynadırdı”.

Gülşən Rəsul