Dövlət Turizm Agentliyi (DTA) daha bir tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, dövlət qurumu Qəbələrə yolların nişanlanmasını həyata keçirəcək.
Məlumatda deyilir ki, Qəbələ rayonu üzrə turistik yol və piyada nişanlanması, ölkənin bəzi qatar stansiyalarında informasiya lövhələrinin quraşdırılması xidmətlərinin satın alınması prosesi fiziki şəxslə həyata keçiriləcək. Belə ki, tenderin qalibi Çingiz Minacəddin oğlu Əliyev olub. Tərəflər sözügedən işlərin görülməsi üçün 38 min 300 manata anlaşıblar.
Fərda Uğur









