Tramp impiçment prosesinin dərhal başlanmasını tələb edir

Tramp impiçment prosesinin dərhal başlanmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Senatda impiçment prosesinə dərhal başlamağı tələb edib.

Bu barədə Tramp “Twitter” səhifəsində yazıb.

“Demokratlar Nümayəndələr Palatasında mənə lazımi prosesi təmin etmədikdən sonra vəkillərsiz, şahidlərsiz indi də Senata prosesi necə aparmaq lazım olduğunu diktə etmək istəyirlər. Ümumiyyətlə, onların sübutları sıfırdır. Prosesin dərhal başlamasını istəyirəm! “, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp xatırladıb ki, bir respublikaçı belə impiçment lehinə səs verməyib, bu da partiya üzvlərinin görünməmiş birliyini sübut edir.