Qarabağ Universitetində idman müəllimi tələbələri şantaj etdiyi üzə çıxıb.
Tribuna.az xəbər verir ki, bu barədə Xitab24.az məlumat əldə edib.
Məlumata görə, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.
Onun bu davranışından iki tələbə zərər çəkib.
Tələbələrin şikayətində sonra idman müəllimi Faiq Məmmədov barəsində araşdırma aparılıb.
O, saxlanılaraq istintaqa təhvil verilib.
Təqsirləndirilən şəxsin törətdiyi əməllər sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Faiq Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.
Gülşən Rəsul









