İran rejimi bu gün ölkənin bir çox şəhərlərində hərbi vəziyyət elan edib.
Tribuna.az xəbər verir ki, İsfahan və Yəzd şəhərləri ilə yanaşı, Təbrizdə də hərbi vəziyyət elan olunub.
Güney Azərbaycanın mərkəz şəhərində əhaliyə xəbərarlıq edilib ki, axşam saat 8-dən sonra küçələrə çıxmasınlar. Bundan başqa, şəhərə çoxlu sayda hərbi qüvvə yeridilib. Hətta Təbrizin ən ucqar məhəllələrinin nəzarət altına alındığı bildirilir.
Fərda Uğur









