Seçkidə iştirak edən qadınların sayı AÇIQLANDI

Seçkidə iştirak edən qadınların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək qadınların sayı məlum olub”.
Tia.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən siyahıya görə, ayrı-ayrı dairələr üzrə qeydə alınmış deputatlığa namizədlərdən 299 nəfəri qadındır. Bu göstərici parlament seçkilərində iştirak edəcək namizədlərin ümumi sayının 22,58 faizini təşkil edir. Kişi namizədlərin sayı isə 1025 nəfərdir. Beləliklə, deputatlığa namizədlərin 77,42 faizi kişidir.
Qeyd edək ki, ümumilikdə 1324 qeydə alınmış deputatlığa namizəd təbliğat-təşviqat kampaniyasında iştirak edir.