Portuqaliya millisinin dünya çempionatı ilə vidalaşmasından sonra turnirin 1/4 final mərhələsinin bəzi oyunlarına bilet qiymətlərində kəskin eniş qeydə alınıb.
Tribuna.az xəbər verir ki, Forbes nəşrinin yaydığı məlumata görə, xüsusilə Portuqaliyanın potensial rəqibinin iştirak etdiyi 1/4 final qarşılaşması üçün təkrar satış platformalarında bilet qiymətləri təxminən 60 faiz ucuzlaşıb.
Bildirilir ki, buna əsas səbəb dünya futbolunun ulduzu Kriştianu Ronaldonun və Portuqaliya yığmasının turnirdən kənarda qalmasıdır.
Ronaldoya olan böyük azarkeş marağının azalması biletlərə tələbatın da əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub.
Qeyd edək ki, Kriştianu Ronaldo futbol tarixinin ən populyar simalarından biri hesab olunur və onun iştirak etdiyi turnirlərdə bilet satışları, televiziya reytinqləri və azarkeş marağı adətən nəzərəçarpacaq dərəcədə yüksək olur.
Nigar İxtiyarqızı









