Ukrayna Rusiyanın iki qırıcısını məhv etdi

Ukrayna Rusiyanın iki qırıcısını məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Rusiyanın Rostov vilayəti və Krasnodar diyarında 11, işğal olunmuş Krımda isə daha 3 hədəfi vurub.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində Su-33 və MiQ-29 qırıcıları, “Orion” zərbə-kəşfiyyat PUA-sı, S-400 “Triumf” və “Tor” hava hücumundan müdafiə sistemləri, “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi, həmçinin müxtəlif tipli 8 radiolokasiya stansiyası məhv edilib və ya zədələnib.