“Qarabağ” “Tvente” ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.
Tribuna.az xəbər verir ki, Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ı da təbrik edib:
“Sabah”ı təbrik edirəm, uğurlar arzulayıram. “Tvente” ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq”.
Xatırladaq ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.//Report









