Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında beşinci gün arxada qalıb.
TİA.AZ apasport.az-a istinadən xəbər verir ki, yarışın hesabat günündə 8 dəst medal öz sahibini tapıb.
Liderlər bu dəfə də mükafat kolleksiyasını zənginləşdiriblər. İlk 3 pillədə qərarlaşan Almaniya, Hollandiya və ABŞ hərəyə daha bir dəfə çempionluq sevinci yaşayıblar. Ümumilikdə himni səslənən ölkələrin sayı isə 10-a çatıb. İtaliya atletləri qızıl qazanmaqla, 17-ci yerdən 9-a yüksəliblər.
Medal qazanan ölkələrin sayında da dəyişiklik olub. İsveçrə fəxri kürsüyə yüksələn 19-cu komanda kimi yadda qalıb.
| N | Ölkə | Q | G | B | Cəmi |
| 1 | Almaniya | 5 | 2 | 2 | 9 |
| 2 | Hollandiya | 4 | 4 | 2 | 10 |
| 3 | ABŞ | 4 | 1 | 2 | 7 |
| 4 | Norveç | 3 | 5 | 3 | 11 |
| 5 | Kanada | 3 | 4 | 3 | 10 |
| 6 | Fransa | 2 | 1 | 2 | 5 |
| 7 | İsveç | 2 | 1 | 0 | 3 |
| 8 | Avstriya | 2 | 0 | 0 | 2 |
| 9 | İtaliya | 1 | 1 | 1 | 3 |
| 10 | Cənubi Koreya | 1 | 0 | 1 | 2 |
| 11 | Yaponiya | 0 | 2 | 2 | 4 |
| 12 | ROA (Rusiya) | 0 | 1 | 4 | 5 |
| 13 | Avstraliya | 0 | 1 | 1 | 2 |
| 14 | Çexiya | 0 | 1 | 1 | 2 |
| 15 | Çin | 0 | 1 | 0 | 1 |
| 16 | Slovakiya | 0 | 1 | 0 | 1 |
| 17 | İsveçrə | 0 | 1 | 0 | 1 |
| 18 | Finlandiya | 0 | 0 | 2 | 2 |
| 19 | Qazaxıstan | 0 | 0 | 1 | 1 |
Milli.Az









