Gununsesi.info saytının rəhbəri Pərviz Həşimli deputat Polad Bülbüloğlunun evlənməsi haqda xəbərlərdən yazıb. Jurnalist deputatın məlumatı təkzib etməsinə münasibət bildirib. Tribuna.az Pərviz Həşimlinin sosial media hesabındakı postunu təqdim edir:
“Xəbər yalandırsa, Polad Bülbüloğlu dünən nədən təkzib etmədi? Sualı qəbul etdi, susdu.Biz saatlarla gözlədik. Bu gün səhər başqa bir həmkarımıza deyir ki, bu söhbət uzanmasın. Yazmayın heç nə…
Daha bir arqument:
Hazırda Türkiyədə yeni arvadı ilə gedib.
Ortada əmlak söhbətindən tutmuş, eks xanımının Polad haqqında yaxınlarına yazdığı mesajlar da var…
Xəbər doğrudur! Polad müəllim həyatındakı yeni qadınıyla çox xoşbəxtdir.
Xəbəri sevincək təkzib etməyə çalışanlar, bir zəhmət, soruşun ki, bu xanım sizinlə hazırda Bodrumda hansı statusda dincəlir?”
Həsən Ağa










