Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada baş verən partlayış zamanı FHN qüvvələri tərəfindən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib.
Tribuna xəbər verir ki, bu barədə Teleqrafa FHN-nin mətbuat xidmətindən məlumat verilib. Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza”da partlayış baş verib. Plazada müxtəlif ofislər fəaliyyət göstərirdi.
Gülşən Rəsul









