Ermənistan MSK-nın yaydığı son məlumata görə, seçkidə verilmiş səslərin 99 faizi sayılıb.
Tribuna.az xəbər verir ki, həmin nəticəyə görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası ümumi səslərin 49.82 faizini qazanıb.
Onun rəqibləri olan Samvel Karapetyan 23.33 faiz, Robert Koçaryan isə 9.95 faiz səs qazanıblar.
Qeyd edək ki, Ermənistanda proporsional seçki sistemi olduğu üçün 4 faizlik barajı keçə bilməyən partiyaların topladıqları səslər qaliblər arasında bölünəcək. Bu isə Nikol Paşinyanın təxmini 55-60 faizə yaxın səs qazanması demək olacaq. Nəticə etibarı ilə Vətəndaş Müqaviləsi Partiyası təkbaşına hökumət qura biləcək.
Fərda Uğur









