Qadınların hakimiyyəti zamanı yaşayış səviyyəsi qalxa bilər. TİA.AZ xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Barak Obama Sinqapurda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qadınlar mükəmməl deyillər, lakin kişilərdən birmənalı üstündürlər. “Əminəm ki, dünya ölkələrinin hərəsinə 1-2 il qadınlar rəhbərlik etsələr biz müsbət dəyişikliklərin şahidi olarıq”, – deyə Obama bildirib. O qeyd edib ki, dünyada bütün problemlər siyasətdən getmək istəməyən “qoca kişilərə” görədir.









