Növbəti köç karvanları Vəngli kəndinə çatıb, açarlar təqdim edilib

Növbəti köç karvanları Vəngli kəndinə çatıb, açarlar təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Tribuna.az xəbər verir ki, bu köçlə Vəngliyə köçürülən ailələrin sayı 100-ə (385 nəfər) çatıb.

***

16:08

Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Vəngli kəndinə çatıb.

Tribuna.az xəbər verir ki, bu mərhələdə Vəngliyə 4 ailə (11 nəfər) köçürülüb.

***

13:30

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Tribuna.az xəbər verir ki, noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Vəngli kəndinə yola salınıb.

Bu mərhələdə Vəngli kəndinə 4 ailə – 11 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.