Nizamidə ağacların dibini betonladılar – Video

Nizamidə ağacların dibini betonladılar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonu, Süleyman Rüstəm küçəsində yaşıllıqlar məhv edilir.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, sözügedən küçədə böyük bir ərazi qanunsuz olaraq hasarlanıb.

Hasarlanmış ərazidə artıq tikinti işləri də aparılır. Sakinlər bildirib ki, tikintiyə görə ərazidəki ağaclar da məhv edilir. Ağacların quruması üçün diblərinə beton tökülür.

Sakinlər problemlə bağlı Nizami rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini bildiriblər. Lakin müraciətlərin heç birinə baxılmayıb.

Şikayətlə bağlı Nizami İH-ə sorğu ünvanlamışıq. Cavab veriləcəyi təqdirdə oxuculara təqdim edəcəyik.

Gülşən Rəsul