Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək.

Tribuna.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.