Namiq Məna üzr istədi

Namiq Məna üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.

Tribuna.az-ın Bakutv-yə istinadla xəbərinə görə, bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur.

Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir.

 

 

Məsələ ilə bağlı Baku TV-nin çəkiliş qrupu sözügedən restorana yollanaraq məsələyə münasibət öyrənib.

Həmin vaxt sözügedən obyektdə olan meyxanaçı Namiq Məna saat 23:00-dan sonra musiqinin səsinin azaldıldığını deyib.

O, ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib:

“İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.