Mis qiymətləri rekorda çatdı

Mis qiymətləri rekorda çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mis qiymətləri bir gün əvvəl rekord həddə çatdıqdan sonra yüksəlməyə davam edir.

Bu barədə Tribuna.az “İnterfaks”a istinadən xəbər verir.

Məlumata görə, London Metal Birjasında (LME) üçaylıq füçers kotirovkaları avqustun 25-də 0.5% artaraq ton üçün 14 349.5 dollara çatıb. Avqustun 26-da isə 0.5% artaraq ton üçün 14 415.5 dollara çatıb.

“Comex” birjasında sentyabr ayı üçün mis füçersləri funt üçün 6,73 dollar qiymətinə alqı-satqı edilir ki, bu da avqustun 25-də ticarət bağlanışındakı səviyyədən 0.3% çoxdur.