Azər Niftiyev yazır:
Məşhur Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev deyərdi ki, xeyriyyəçilik dünən də olub, bu gün də var, sabah da olacaq. Yetər ki, dünyaya humanist insanlar daha çox gəlsin. Əlqərəz… təfsilata, eyni zamanda xırdaçılığa varmadan deyək ki, bu xalqın ziyalısı həm də xeyriyyəçidirsə, artıq ona “yaşıl işıq” yandırmağın zamanı çatıb. Necə ki, “yandırdılar”.
Yeni Azərbaycan Partiyasının 9 fevral seçkilərində irəli sürdüyü namizədlərin siyahısında kifayət qədər yeni simalar var. Bu simaların arasında daha bir sima da var və o sima bütün şüurlu fəaliyyətini bu dövlətin güclənməsinə, iş yerlərinin açılmasına, istehsal müəssisələrinin qurulmasına həsr edib və insaf naminə yaxşı bacarıb da.
Masallı seçicilərinin hələ namizəd olmamışdan öncə sayıb-seçdiyi, xalqının vəkili statusunu verdiyi Məşhur Məmmədov bu dəfə rəsmən namizəd oldu. Və artıq namizədliyi elan olunanda hər kəsdə bir əminlik yaratdı: O deputat olmağa layiqdir və olacaq da.
Məşhur Məmmədov kimdir?
Astroloqlar iddia edir ki, Tərəzi zodiak nişanı altında doğulan insanlar qayğıkeş olub hər şeylərini bölüşməyə hazırdır və elə bu səbəbdən çoxlu sayda dostları olur. Görünür astroloqlar yanılmayıb və M.Məmmədov Tərəzi bürcünün tipik nümayəndələrindədir.
1963-cü ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olan qəhrəmanımız Yeddioymaq kənd orta məktəbində, ardınca Bakıda 5 nömrəli Kimya-Biologiya təmayüllü liseyində təhsil alıb. Azərbaycan Dövlət Neft və Kimya Universitetini (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib və əmək fəaliyyətinə Kalinovka kənd orta məktəbində laborant kimi fəaliyyətə başlayıb.
Sosializmdən kapitalizmə keçid dövrü zamanın nəbzini tutmağı bacaran, böyük intuisiya və təşkilatçılıq qabiliyyətinə malik işgüzar şəxslər üçün böyük imkanlar yaratdı. Fərdi xüsusiyyət və bacarıqların ön plana keçdiyi bu şərait heç də bəzilərinin düşündüyü kimi, asan və rəvan deyildi. Məşhur Məmmədov məhz həmin illərdə biznes fəaliyyətinə başladı və bu keçid minlərlə insanın iş yeri əldə etməsinə, yerli istehsalın artmasına, Azərbaycan brendinin dünya miqyasında tanınmasına rəvac verdi.
Masallı rayon Xarrad kooperativini təsis edən M.Məmmədov az keçmədi ki, bu gün nəinki Azərbaycanda, dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən “Embawood” şirkətini yaratdı. Məlumat üçün deyək ki, hazırda bu şirkətdə minlərlə işçi çalışır və Azərbaycan, Qazaxıstan, Ukrayna, Gürcüstan və digər ölkələrdə fabrikləri fəaliyyət göstərir. 2015-ci ildən “Progress Construction” şirkətinə rəhbərlik edən qəhrəmanımız ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları ilə təltif olunub.
Hər şey ondan başladı ki… və ya Məmmədovun ictimai mövqeyi…
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar çoxdur. Lakin onların arasında ictimai fəaliyyətlə məşğul olan, əldə etdiklərini bölüşməyi bacaranlar isə çox azdır. Məşhur Məmmədov Azərbaycanda cəmi 4 regionda mövcud olan Masallı Sənaye Məhəlləsinin qurulmasında yaxından iştirak edib. 2 ümumtəhsil məktəbinin, tibb məntəqəsinin, məzarlıqların, məscidlərin təmirini həyata keçirib, Masallıda olan orta məktəbləri istilik sistemi ilə təhciz edib, Azərbaycan Taekvondo Federasiyasının Masallıda Yerli Nümayəndəliyini yaradıb. Siyahıdan da göründüyü kimi, sosial qayğılardan tutmuş yerli idmanın inkişafına, inanclı insanların rahat ibadət etməsindən tutmuş sağlamlığa qədər bütün problemlər Məşhur Məmmədovun maraq dairəsində olub. Çünki o, hər bir soydaşının problemini öz problemi, qayğısını öz qayğısı bilib.
Masallının seçimi – Qoy layiqli insanlar qazansın!
Bu məqamda haşiyyəyə çıxaraq bildirək ki, Məşhur Məmmədov 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və bu partiyanın tərkibində siyasi fəaliyyətini davam etdirir. Hakim partiya 9 fevral seçkilərində namizədlər siyahısında 70 saylı Masallı şəhər seçki dairəsindən onun namizədliyini irəli sürüb və Respublika miqyasında ən mötəşəm seçki kampaniyalarından biri onun adına bağlıdır.
Masallı rayonunun kəndlərini ev-ev, qapı-qapı gəzən, kənd və küçələrdə sakinlərlə çoxyüzlük, qadınlar, ağsaqqallar, gənclər, ziyalılarla ilə isə çoxminlik görüşlər keçirən Məşhur Məmmədov təsadüfi deyil ki, ictimai insitutların keçirdiyi rəy sorğularına görə, bu dairədə seçkilərin favoritidir.
“Daha güclü Azərbaycan naminə!” şüarı ilə yola çıxan, hələ namizəd olmadığı dövrlərdə çoxsaylı xeyriyyə aksiyaları təşkil edən, ictimai mövqe ortaya qoyan, sahibkar kimi layiqli sahibkar, ictimaiyyətçi kimi ləyaqətli ictimaiyyətçi, YAP-çı kimi sədaqətli YAP-çı olan Məşhur Məmmədova səs verməklə, seçicilər həm də öz gələcəyinə səs vermiş olacaq. Cəmi 5 dəqiqə zaman ayırın və 5 illik bir yola çıxın! Bu yol təkcə Məşhur Məmmədovun yox, bütün masallıların qələbəsi olacaq! Gəlin seçkilərdə fəal iştirak edək və Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən islahatlara, dünənin, bu günün və sabahın partiyasına – Yeni Azərbaycan Partiyasına və bu partiyanın namizədlərinə səs verək!
********************************************************************************
Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/









