Məktəb direktorları ilə bağlı TƏKLİF: “Sertifikasiya tətbiq edilsin”

Məktəb direktorları ilə bağlı TƏKLİF: “Sertifikasiya tətbiq edilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müəllimlərin sertifikasiyası keyfiyyəti artırırsa, məktəbin “beyni” olan idarəçilər niyə bu prosesdən kənarda qalır? Təhsilin keyfiyyəti təkcə müəllimdən yox, idarəetmədən başlayır.

Tribuna.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Əmrah Həsənli çıxış edib. O bildirib ki, bu səbəbdən məktəb direktorları və direktor müavinləri üçün də mütləq şəkildə hər 5 ildən bir sertifikasiya tətbiq edilməlidir:

“Bu niyə vacibdir?

* Müasir İdarəçilik:

Direktorların liderlik, maliyyə menecmenti və təhsil qanunvericiliyi üzrə bilikləri yoxlanmalıdır.

* Ədalət Prinsipi: Müəllim inkişaf edirsə, rəhbərlik də öz peşəkarlığını mütəmadi sübut etməlidir.

* Beynəlxalq Təcrübə: ABŞ (Principal Licensure), Böyük Britaniya (NPQH) və Sinqapurda direktorlar xüsusi idarəçilik sertifikatı olmadan məktəb idarə edə bilməzlər.

Güclü rəhbər olmadan güclü məktəb qurmaq olmaz!”.

Nigar İxtiyarqızı