ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən ulduz futbolçu Lionel Messi futbol tarixində ən çox məhsuldar ötürmə edən iki oyunçudan biri olub.
Tribuna xəbər verir ki, 38 yaşlı hücumçu MLS-in 1/4 final mərhələsinin cavab oyununda “Tsintsinnati” üzərindəki 4:0 hesablı qələbə zamanı daha bir asist edərək bu nailiyyətə imza atıb.
Argentinalı superulduz bununla da karyerasında 404-cü məhsuldar ötürməsini qeydə alıb və bu göstərici ilə əfsanəvi Ferents Puşkaşın rekorduna çatıb.
Qeyd edək ki, Messi həmin qarşılaşmada bir qol vurub və üç asist edib.









