“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırma başladı – SƏBƏB

“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırma başladı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif  Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının ssenaristlərinə qarşı araşdırma aparılmasına qərar verilib.

 Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq zamanı serialda yer alan süjet xətti, personaj adları və avtomobil nömrələri diqqət mərkəzinə düşüb.

Serial vasitəsilə FETÖ-nün təbliğatının aparılıb-aparılmadığının müəyyən edilməsi məqsədilə xüsusi ekspert qrupu yaradılıb.

Araşdırmada xüsusilə serialdakı Kazım Kaşifoğlu adlı personaja diqqət yetirilir. Sözügedən personajın vətən xaini kimi təqdim edilərək öldürülməsi ilə MİT əməkdaşı Kaşif  Kozinoğlu arasında oxşarlıq olduğu iddia edilir.

Bundan başqa, bəzi səhnələrdə istifadə edilən avtomobillərin dövlət nömrə nişanlarında “FG” hərflərinin yer alması da istintaq materiallarında diqqət çəkən detallardan biri olub. Bu məqamların FETÖ ilə əlaqəli təbliğat xarakteri daşıya biləcəyi ilə bağlı iddialar araşdırılır.

Baş Prokurorluğun qərarı ilə yaradılan ekspert heyəti serialın müvafiq bölümlərindəki ssenari xəttini, dialoqları, personajları və mümkün gizli mesajları ətraflı təhlil edəcək.

Araşdırmanın sonunda serialda hər hansı təşkilati mesaj və ya göstərişlərin verilib-verilmədiyi, həmçinin layihə ilə FETÖ arasında əlaqənin olub-olmadığı barədə rəy hazırlanacaq.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.