Bu gün Azərbaycan təmsilçisi “Neftçi” Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Tribuna.az xəbər verir ki, Yuri Vernidubun komandası Minsk “Dinamo”su ilə Bolqarıstandakı “Beroe” stadionunda qarşılaşacaq. Buna səbəb UEFA-nın Belarusda oyun keçirməsinə qadağa qoyması olub. Görüş Bak vaxtı ilə saat 21:00-da bşlayacaq.
Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
30 iyul
21.00 Dinamo (Minsk, Belarus) – Neftçi (Azərbaycan)
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn MakQoniql (Şimali İrlandiya).
Bolqarıstan. “Beroe” stadionu.









