Kanada İranın beş yüksək vəzifəli məmuruna sanksiyalar tətbiq edib.
Tribuna.az xəbər verir ki, məlumatı Kanada xarici işlər naziri Anita Anand açıqlayıb. Onun sözlərinə görə, Ottavanın sanksiyaları, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərini hədəf alıb. Sənədə əsasən, sanksiyalar “mühüm beynəlxalq su yolunu təhdid edən və Hörmüz boğazında naviqasiya azadlığına mane olan hərəkətlərə” görə tətbiq edilib.









