Elviz Qasımovun müəmmalı tender elanı

Elviz Qasımovun müəmmalı tender elanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mir Əsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası (Respublikanski – red) iki tender elan edib.

Tribuna.az bildirir ki, tonerlərin dolumu, katriclərin alınması, ehtiyat hissələrinin dəyişdirilməsinin və printerlərin təmirinin satınalınması üçün 71.536,24 AZN maliyyə məbləği açıqlanıb. Əlavə olaraq, avadanlıqların təmir xidmətinin satınalınmasına 39.282,20 AZN tender elan olunub.
Bir xəstəxanada bu qədər printer təmirin, katric alınması üçün üst-üstə təxminən 110 min manat ayrılması tenderlərin şəffaflığına şübhə yaradır. Çünki tender yolu ilə maxinasiyalar adi hala çevrilib.
Qeyd edək ki, xəstəxananın direktoru Elviz Qasımovdur.

Həsən Ağa