“Instagram”dan YENİLİK: Alqoritm dövrü bitir

“Instagram”dan YENİLİK: Alqoritm dövrü bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Instagram” istifadəçilərin qarşılarına çıxan kontentləri idarə edə bilməsi üçün “Your Algorithm” (Sizin Alqoritminiz) funksiyasını genişləndirir.

Tribuna.az -ın xarici mediaya istinadən məlumatına görə, platformanın rəhbəri Adam Mosseri bildirib ki, yeni sistem istifadəçiyə hansı mövzuları daha çox və ya daha az görmək istədiyini birbaşa idarə etmək imkanı verəcək.

Bu funksiya “Tənzimləmələr” menyusundan çıxarılaraq birbaşa əsas ekrana və “Reels” bölməsinə inteqrasiya olunacaq. İstifadəçilər ekranı sürüşdürməklə və ya videoların altındakı xüsusi düymələr vasitəsilə alqoritmi anında tənzimləyə biləcəklər. Məqsəd “Reels” və “Kəşfet” bölmələrindəki maraqsız məzmunları minimuma endirməkdir.

Lakin Mosseri sınaqdan keçən hər funksiyanın rəsmi tətbiq olunmaya biləcəyini də qeyd edib. Yeniliyə reaksiya verən istifadəçilər isə mürəkkəb alqoritmlərdən yorulduqlarını və sadəcə yalnız təqib etdikləri şəxslərin paylaşımlarını görmək istədiklərini bildiriblər.