Rusiyada küçələrdəki qarı təmizləmək üçün işləyən Hindistandan gələn miqrantlar həyatlarında ilk dəfə qar gördüklərinə görə onu necə təmizləmək lazım olduğunu bilməyib.
Tribuna.az xəbər verir ki, hindistandan olan işçilərin bir binadan çəkilən görüntüləri marağa səbəb olub və gülüş yaradıb. Video tez bir zamanda sosial şəbəkələrdə
Videodan aydın olur ki, işçilər qarı necə təmizləməli lduqlarını, təmizləyib hara atmalı olduqlarını bilmirlər.
Yeri gəlmişkən qeyd edək ki, Yeni Dehlidəki məşğulluq bürosu bildirib ki, indiyədək Rusiyaya 70 mindən çox hindistanlı işçi gətirilib və bu şəxslər gündəlik həyatla bağlı bir çox problemlərlə üzləşirlər.
Hindistanlı işçilərin bir qismi duşdan və mikrodalğalı sobadan necə istifadə edəcəyini bilmir, metal qutuları mikrodalğaya qoymaq olmazdan xəbərsizdirlər.
Çimərkən suyu krandan duşa necə keçirmək lazım olduğunu bilmirlər.
Hindistanlıların yerləşdiyi yataqxanalarda su daşmaması və mikrodalğalı sobaların sıradan çıxmaması üçün hind dilində təlimatlar hazırlanıb. Mütəxəssislərin fikrincə, 2026-cı ildə ən az 40 min miqrantın daha Rusiyaya gəlməsi gözlənilir.
Gülşən Rəsul









