Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev deyərdi ki, xeyriyyəçilik dünən də olub, bu gün də var, sabah da olacaq. Yetər ki, bu dünyaya humanist insanlar çox gəlsin. Tanıdığı və tanımadığı, dost olduğu və olmadığı insanlara ruhən və mənəvi dəstək olanlar bu gün də var.
O hər kəsə açıq adamdır. Bəli, ADAMdır! Tam ciddiyik, bəlkə də Azərbaycan cəmiyyətini bataqlıqdan xilas edən, onun möhkəm çiyinlərdə daşınmasını təmin edən və ayaq üstündə tutan səbəblərdən biri də Hicran Şərifov kimi vicdanlı adamların mövcudluğundadır. Onunla danışmaq rahatdır. Çünki yardımlaşmağı, paylaşmağı həyat tərzinə çevirib və hər yeni missiya onun üçün bir məsuliyyətdir. O yenə iş başındadır…
32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov doğma Əmircandandır. Bu kənddə onun gəncliyi keçib və hər nə qədər statusu artdıqca o, bu kəndə daha çox bağlanır və həyat ştrixində Əmircan adı böyük hərflərlə keçir.
Hicran Şərifov kimdir?
1965-ci ildə anadan olan və ilk təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) alan Hicranın bu qərarı verməsinə səbəb o zamanlar Bakı kəndlərindən olan gənclərin neftçi ixtisasına xüsusi marağı ilə bağlı idi. Baxmayaraq ki, o bu arzusunu da həyata keçirə bilmişdi, lakin zamanla anlayırdı ki, dövlətçiliyi və bu dövlətçiliyin təməli sayılan asayişi qorumaq onun missiyasıdır və yenidən çıxdığı yolda dövləti və dövlətçiliyi qorumaq var idi. Qarabağ döyüşlərində könüllü iştirak edən H.Şərifov mətbuata müsahibəsi zamanı deyir ki, hər bir müharibəyə gedən gənc kimi, o da geri qayıdacağını gözləmirmiş: “Sadəcə tale elə gətirdi ki, mən sağ qaldım”.
1993-cü ildən polis orqanlarında çalışan H.Şərifov burada adi polkovnik-leytenant rütbəsinə qədər yüksəlməyi bacardı. Bütün fəaliyyəti boyunca idmanın inkişafına, tərəqqisinə çalışan H.Şərifov Azərbaycanda tarixində üç dəfə Yay Olimpiya Oyunlarında iştirak edib və London-2012 Olimpiya Oyunlarında “Qızıl fit” mükafatına layiq görülüb. Gənc nəslin idmana cəlbi iqtiqamətində böyük işlər görüb və “Cəngi” Güləş Klubunu yaradıb. Bu klubda ehtiyacı olan ailələrdən olan yeniyetmələr təmənnasız məşqlərə cəlb olunub. Onların arasında yüksək nəticələr göstərən, beynəlxalq yarışlarda uğur qazanan idmançıların sayı az deyil.
Ötən əsrin 90-cı illərinin ortalarında Prezident İlham Əliyevin rəhbərliyi altında vüsət alan Olimpiya Hərəkatının ən fəal nümayəndələrindən olan H.Şərifov təsadüfi deyil ki, bu gün Azərbaycan Milli Olimpiya Komitəsi Nəzarət Təftiş Komissiyasının sədridir. Cənab İlham Əliyevin bu gün də prezidenti olduğu Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyində təmsil olunmaq yüksək işgüzarlığın, təşkilatçılığın və sədaqətin göstəricisidir.
Niyə Hicran Şərifov?
Hicran Şərifov hələ deputat olmadığı dövrlərdə hazırda namizəd olduğu dairənin ərazisində çoxsaylı xeyriyyə aksiyaları keçirib. Tarixi əhəmiyyətə malik “Səkinə xanım ziyarətgahı”nı yenidən təmir etdirərək, kənd sakinlərinin istifadəsinə verib. Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbəsi sakinlərinin kompleks tibbi müayinələrdən keçməsi üçün səyyar həkim xidmətini sakinlərin ayağına gətirib. Siyahını uzatmaq da olar…
Təşviqat kampaniyası müddətində hər üç qəsəbədən olan sakinləri ev-ev, qapı-qapı ziyarət edən, sıradan görüşlərinə 100-dən artıq, ümumi görüşlərinə isə 1000-ə yaxın seçicinin qatılması əminliklə söyləməyə əsas verir ki, o bu dairədə seçkilərin favoritidir.
İlk görüşünü vaxtilə ermənilərin, hazırda məcburi köçkünlərin kompakt yaşadığı Zahid Əliyev və Atamoğlan Rzayev küçələrində keçirməsi, həm uşaqlıq, həm tələbəlik, həm də döyüş yoldaşı, şəhid Elşad Qasımovun xatirəsinə ucaldılmış abidəni ziyarət etməsi və seçicilərə mesajları, şəhid anası Mariya Əliyevanın ona xeyir-dua verməsi və seçicilərin kütləvi şəkildə onunla görüşlərə gəlməsi Hicran Şərifovun uğurlu təbliğatından xəbər verir.
9 fevral seçkiləri Azərbaycanda həyata keçirilən islahatların davamı və vacib tərkib hissəsidir. Hakimiyyətin bütün qollarına, istər icraedici olsun, istərsə də qanunverici hakimiyyət qollarına təsirsiz ötüşməyən, mahiyyətində bu dövlətini, vətənini sevən, xalqına qəlbən bağlı şəxslərin idarəetmə sisteminə daşınmasını ehtiva edən bu seçkilərə qatılmaqla siz ölkəmizin gələcəyinə səs vermiş olacaqsınız. Seçkilərə qatılın və layiq bildiyiniz namizədlərə səs verin!
Qoy Hicran Şərifov və onun kimi ləyaqətli insanların timsalında Azərbaycan Parlamenti daha işlək və xalqa yaxın olsun!
********************************************************************************
Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/













