Hacıqabulda biabırçılıq-Kasıb olduğuna görə uşağı məktəbdən qovdular
Prezidentin icra başçıların təyini zamanı təyin olunanlarla birgə digər icra başçılarına da özlərinə düzən vermələrini tələb etmişdi. Təəsüflər olsun ki, prezidentin bu çıxışını dinləməyən icra başçıları hələ də var ki,bunlardan biri də Hacıqabulun icra başçısı Əhməd Muxtarovdur.
Aşağıda təqdim etdiyimiz video sosial şəbəkələrdə yayılandan bir gün qabaq Hacıqabulun icra başçısı haqqında saytımıza rayon sakinlərinin verdiyi məlumat yadımıza düşdü.
Sakinlərin Tribuna İnformasiya Agentliyinə bildirdiyinə görə balaca bir rayon olan Hacıqabulda icra başısı Əhməd Muxtarov işə,işdən “obedə”-“obeddən” işə və ordan da evə gələndə yollar bağlanır. İcra başçısı sanki haranınsa dovlət başçıları zirvə toplantılarına gedərkən yolu bağlatdırır ki, bu da onsuz da problemləri kifayət qədər olan rayon sakinlərinin qəzəbinə səbəb olur.
Lakin görünür icra başçısının başı o qədər öz şəxsi işlərinə qarışıb ki,məmur olaraq vətəndaşlara xidmət etməyin birbaşa onun borcu olduğunu tam yaddan çıxardıb və vətəndaşların problemlərini görmür. Hacıqabulda mövcud vəziyyətin real necə olması təqdim etdiyimiz videodan da aydın görünür. Acınacaqlı vəziyyətdə yaşayan ailənin yaşayışını əks etdirən videonu da təqdim edirik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tribuna İnformasiya Agentliyi









