İyulun 1-də, saat 08:45-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Tribuna.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1989-cu il təvəllüdlü şəxsə (qadın cinsli) başın çoxsaylı yarası, əlin və barmaqların sınığı,1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin əzilməsi, sağ orbital nahiyəsinin hematoması, 1984-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüyünün sınığı diaqnozu qoyulub.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicələri Şabran Rayonu Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.









