Fransa hökuməti “Blumberq” (Bloomberg) agentliyini 5 milyon avro məbləğində cərimələyib.
Axar.az xəbər verir ki, rəsmi Paris agentliyi yalan informasiya yaymaqda ittiham edib.
İnsidentin 3 il əvvəl baş verdiyi bildirilib. Belə ki, agentliyin Fransanın ən böyük tikinti şirkətlərindən birində böyük pozuntular olmasıyla bağlı informasiyası kompaniyanın aksiyalarının kəskin şəkildə dəyər itirməsinə səbəb olub.









