Ermənistanın iki nazirliyi terrorçu haqında çəkilən filmi maliyyələşdirməkdən imtina etdi

Ermənistanın iki nazirliyi terrorçu haqında çəkilən filmi maliyyələşdirməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi 25 noyabrda təqdimatı keçiriləcək “Monte” filmində döyüş səhnələrinin çəkilməsi üçün edilən müraciətə rədd cavabı verib.

Tribuna.az xəbər verir ki, bu  barədə filmin rejissoru Nano Sarkisyan açıqlamasında bildirib.

O deyib ki, MN bunu məqbul hesab etməyib.

Lakin Sarkisyanın terrorçu Monte Melkonyan haqqında çəkdiyi filmi maliyyələşdirməkdən imtina edən daha bir nazirlik də olub. Belə ki, Ermənistanın Mədəniyyət Nazirliyi “film”in maliyyələşdirilməsi ilə bağlı müraciətə rədd cavabı verib.

Fərda Uğur