Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri bu gün tam açıqlanacaq.
Tribuna.az xəbər verir ki, bu ölkənin Mərkəzi Seçki Komissiyası bəyan edib ki, onlar səsələrin sayılması üçün fasiləsiz fəaliyyət göstərirlər.
Belə ki, indiyə qədər 68 faiz bülitenlərin sayıldğı qeyd olunur. Həmin rəqəmlərə əsasən qaliblərin adı da dəqiqləşməyə başlayıb. Son məlumata görə, baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” Partiyası səslərin 50.07 faizini əldə edib. Samvel Karapetyanın rəhbəri olduğu “Güclü Ermənistan” isə hazırda “Güclü Ermənistan” 23,35% səslə ikinci yerdə qərarlaşıb.
Xocalı qatili Robert Koçaryanın başçılıq etdiyi “Haystan” bloku səslərin 9.6 faizini qazanıb. Kritik durumda olan “Çiçəklənən Ermənistan” Partiyası isə seçki barajını keçməyə bilər. Belə ki, Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvə getdikcə səslərini itirməyə başlayıb. Elə bu səbəbdən də səslərin sayı 6 faizdən 3.99 faizə düşüb. Bu isə onların 4 faizlik barajı keçə bilməyəcəyini deməyə əsas verir.
Seçki dövründə aktiv olan Arman Tatoyan da parlamentə düşə bilməyəcək. Çünki onun rəhbərlik etdiyi “Birlik Qanadları” Partiyası cəmi 2.28 faiz səs toplaya bilib.
Fərda Uğur









